Daşkəsəndə “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda tədbir keçirilib- Fotolar

Daşkəsəndə “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda tədbir keçirilib- Fotolar
  • Sosial

  • Daşkəsəndə “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda tədbir keçirilib.

    RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elmar Əliyevin Asiya.az-a verdiyi xəbərə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda keçirilən regional konfrans avqustun 28-də “Dini radikalizmlə mübarizə və maarifləndirmə” adlı panel iclasla öz işini davam etdirib.

    Daşkəsən rayon Heydər Əliyev Mərkəzində keçirilmiş tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Elmar Əliyev Prezident cənab İlham Əliyevin dinə və dindarlara diqqət və qayğısından bəhs edib, rayondakı dini durum barədə ətraflı məlumat verib.

    Təqdimatla çıxış edən DQİDK sədrnin müavini Gündüz İsmayılov Azərbaycanın dünyaya zəngin multikulturalizm modelini təqdim etdiyini bildirib. Sədr müavininin sözlərinə görə, tarixən müxtəlif etno-mədəni qrupların və dini konfessiyaların birgə yaşadığı ölkəmizdə multikulturalizm siyasətinin banisi Ulu Öndər Heydər Əliyevdir. Ümummilli Liderin bu siyasəti Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

    Dini radikalizmin mahiyyəti və onunla mübarizə yolları barədə də məlumat verən G. İsmayılov vurğulayıb ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd dini radikalizmlə mübarizə sahəsində maarifləndirmə işinin aparılmasından ibarətdir. Sədr müavini ölkədəki dini durum, dini icmaların fəaliyyəti, dövlətin dinə qayğısı və tolerantlıq siyasəti barədə danışaraq qeyd edib ki, dövlət-din münasibətləri qanunvericiliklə tənzimlənir.

    O, radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması, dini maarifçilik işinin düzgün metodlarla təşkili məsələlərinə də toxunub. G. İsmayılov deyib ki, dini radikalizmlə mübarizənin gücləndirilməsi və milli-mənəvi dəyərlərin qorunub saxlanılması məqsədilə dini maarifləndirmə işinin aparılması zəruridir. Hansısa cəmiyyətdə təhsil və dini biliklər paralel şəkildə insanlara çatdırılmırsa, xurafatın yayılması qaçılmazdır. Yad dini ideologiyaların təsiri altına düşənlərin dini bilgilərinin zəif olması ehtimalı böyükdür. Bu baxımdan, gənclərə dinlər haqqında ümumi məlumatların verilməsi, müqəddəs kitabların mahiyyətinin izah edilməsi olduqca vacibdir.

    Sədr müavini onu da vurğulayıb ki, dinimizin əsas məqsədlərindən biri də cəmiyyət, dövlət və ailə üçün faydalı olan, həmrəylik naminə toplumun ayrılmaz hissəsinə çevrilən nümunəvi vətəndaş formalaşdırmaqdır.

    Mövzu ilə bağlı Rayon Təhsil Şöbəsinin müdiri Zaur Məmmədov və Rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov da fikirlərini bildirib, keçirilən tədbirlərin gənclərin dini radikalizmə qarşı maariflənməsində önəminə diqqət çəkiblər.

    Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, kitablar paylanıb.


    Daşkəsəndə “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda tədbir keçirilib- Fotolar
    Daşkəsəndə “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda tədbir keçirilib- Fotolar
    Daşkəsəndə “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda tədbir keçirilib- Fotolar
    Daşkəsəndə “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda tədbir keçirilib- Fotolar
    Daşkəsəndə “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda tədbir keçirilib- Fotolar
    Daşkəsəndə “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda tədbir keçirilib- Fotolar
    Daşkəsəndə “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda tədbir keçirilib- Fotolar
    PAYLAŞ:

    Oxşar xəbərlər