Ukraynanın yeni hökumətinin tam tərkibi təsdiqlənib

Ukraynanın yeni hökumətinin tam tərkibi təsdiqlənib
  • Dünya

  • Ukrayna Ali Radası bu gün keçirilən iclasında Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib.

    Asiya.az AZƏRTAC-a istinadən bildirir ki, deputatlardan 281 nəfər yeni hökumətin lehinə səs verib.

    Yeni hökumətə daxildir:

    Dmitriy Kuleba - Ukraynanın Avropa və Avroatlantiq inteqrasiyası üzrə Baş Nazirin müavini

    Mixail Fedorov - rəqəmsal transformasiyası üzrə Baş Nazirin müavini

    Timofey Milovanov - İqtisadiyyat, ticarət və kənd təsərrüfatı inkişafı naziri

    Oksana Markarova - maliyyə naziri

    Aleksey Orjel - Enerji və ətraf mühitin qorunması naziri

    Vladislav Krikliy - İnfrastruktura naziri

    Alena Babak - Ukraynanın əraziləri və icmaları naziri

    Anna Novosad - Elm və təhsil naziri

    Zoryana Skaletskaya - Səhiyyə naziri

    Vladimir Borodyanskiy - Mədəniyyət, gənclər və idman naziri

    Yuliya Sokolovskaya - Sosial siyasət naziri

    Arsen Avakov - Daxili işlər naziri

    Oksana Kolyada - Veteranlar, Ukraynanın müvəqqəti işğal edilmiş əraziləri və məcburi köçkünlər üzrə nazir

    Dmitriy Dubilet - Ukrayna Nazirlər Kabinetinin naziri

    Denis Malyuska - Ədliyyə naziri

    Qeyd edək ki, bundan öncə Vadim Pristayko Xarici işlər, Andrey Zaqorodnyuk Müdafiə naziri, İvan Bakanov isə Təhlükəsizlik Xidmətinin rəhbəri təyin olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər