Novruz Məmmədov Surət Hüseynovun qərarında dəyişiklik etdi

Novruz Məmmədov Surət Hüseynovun qərarında dəyişiklik etdi
  • Siyasət

  • Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin 1994-cü il 3 mart tarixli 93 nömrəli qərarı ilə təsdiq olunmuş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı”nda dəyişiklik edib.

    Asiya.az xəbər verir ki, siyahı aşağıdakı redaksiyada təsdiq olunub:

    Komissiyanın sədri
    Azərbaycan Respublikası Baş Nazirinin müavini

    Komissiya sədrinin müavini
    Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi

    Komissiyanın üzvləri:

    Nazirlər Kabineti Aparatının Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri
    Nazirlər Kabineti Aparatının Təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri
    Fövqəladə Hallar nazirinin birinci müavini
    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini
    Səhiyyə nazirinin müavini
    Təhsil nazirinin müavini
    "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri
    Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri
    Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin rəisi
    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri
    Təhsil Nazirliyi Azərbaycan Texniki Universitetinin nəqliyyatda daşımalar və yol hərəkətinin təşkili kafedrasının müdiri
    Bakı Şəhər İcra Hakimiyyətinin şəhər təsərrüfatı şöbəsinin müdiri
    Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin inspektoru, Komissiyanın məsul katibi.

    Qeyd edək ki, sözügedən qaydalar 3 mart 1994-cü ildə baş nazir Surət Hüseynov tərəfindən təsdiq olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər