29 yaşlı bu qız nazir təyin olundu

29 yaşlı bu qız nazir təyin olundu Anna Novosad Ukraynanın yeni Təhsil və elm naziri təyin olunub.

Asiya.az xəbər verir ki, Ukrayna Ali Radasının iclasında Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib.

29 yaşlı Anna Novosad ölkənin Təhsil və Elm naziri təyin edilib.

Qeyd edək ki, Anna Ukrayna Dövlət Universiteti və Maastrix Universitetinin məzunudur. O eyni zamanda Türkiyənin Bilgi Universitetində tələbə mübadiləsi proqramı çərçivəsində təhsil alıb.

Anna Novosad 4 dili: İngilis, alman, ispan və rus dilini sərbəst bilir.

Yeni nazirin fotolarını təqdim edirik:

Oxşar xəbərlər