Norveçdə dünyanın ən gözəl tualetini tikdilər

Norveçdə dünyanın ən gözəl tualetini tikdilər
  • Dünya

  • Skandinaviya unikal təbiət mənzərələri ilə məşhurdur. Bu mənada Norveç xüsusilə fərqlənir. Təbiət gözəlliyi fonunda memarlıqda minimalizm bu ölkənin özəlliklərindən biridir.

    Asiya.az xəbər verir ki, Norveçdə dünyanın ən gözəl ictimai tualetini tikiblər. Uredd istirahət zonasının yaxınlığında, Hildeskal şəhərindən azacılq aralı, qayalıqlarla zəngin sahildə gözəl memarlıq elementləri ilə seçilən ayaqyolu istifadəyə verilib. Burada qışda qütb işıqlarını, yayda gecəyarısı günəşini izləmək mümkündür.

    İdeya memarlar – Marit Jüstin Haugen və Dan Zohardan gəlib. Onlar bununla göstərməyə çalışıb ki, bütün müstəvilərdə gözəllik yaratmaq olar. Doğrudan da, ortaya bir incəsənət nümunəsi qoyulub.
    PAYLAŞ:

    Oxşar xəbərlər