Azərbaycanlı taksi sürücüsünü öldürüb maşınını qaçırdılar - Rusiyada

Azərbaycanlı taksi sürücüsünü öldürüb maşınını qaçırdılar - Rusiyada Sentyabrın 3-nə keçən gecə Rusiyanın Nefteyuqansk şəhərində Çeuskinski kanalı yaxınlığında üzərində çoxsaylı kəsilmiş-deşilmiş yaraları olan kişi meyiti tapılıb.

Qətlə yetirilən şəxs 26 yaşlı Nefteyuqansk şəhər sakini – Azərbaycan vətəndaşı Məhəmməd Quliyevdir. Taksi sürücüsü olan Məhəmmədin meyiti tapılmazdan bir gün əvvəl qohumları onun itkin düşdüyü barədə polisə müraciət edib. Onların sözlərinə görə, Quliyev sifariş əsasında işə çıxıb. Ölən şəxsin avtomobili şəhərin UM-4 rayonunda tapılıb.

Baş vermiş hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci – "qətl” maddəsi üzrə cinayət işi açılıb. İsti izlərlə cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 28 yaşlı Nefteyuqansk şəhər sakini ələ keçirilib. Məhəmmədin avtomobilini ələ keçirməkdə şübhəli bilinən daha bir şəhər sakini də saxlanılıb. Cinayətin tamah məqsədilə törədildiyi ehtimal edilr. İstintaq davam etdirilir.

Oxşar xəbərlər