Daşkəsən rayonu Suqovuşan kənd sakinlərinin səyyar qəbulu keçirildi - FOTOLAR

Daşkəsən rayonu Suqovuşan kənd sakinlərinin səyyar qəbulu keçirildi - FOTOLAR
  • Sosial

  • Sentyabrın 4-də Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbulu rayonun Suqovuşan kəndində olub.

    Asiya.az xəbər verir ki, açıq havada keçirilən görüşdə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri iştirak ediblər.

    Vətəndaşlarla qəbulu giriş nitqi ilə açan Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxışında bildirmişdir ki, bu gün, Suqovuşan kəndində keçirilən səyyar qəbula səyyar qəbulların sentyabr ayının qrafikinə uyğun olaraq sizinlə görüşə gəlmişik.

    Ölkə rəhbərinin tapşırığına uyğun olaraq keçirilən hər bir səyyar görüşdə olduğu kimi, bugünkü görüşümüzün də əsas məqsədi siz kənd sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və onların həlli istiqamətində əməli işlər görməkdir.

    Həlli mümkün olan məsələlər operativ şəkildə yerində həll olunacaq, ehtiyac gəldiyi halda isə aidiyyəti üzrə baş idarə və nazirliklər qarşısında məsələ qaldırılacaqdır.

    Səyyar qəbul-görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev sakinlər qarşısında çıxışında daha sonra vurğulamışdır ki, bu gün ölkənin bütün bölgə və əraziləri günü-gündən inkişaf edir, abadlaşır, yeniləşərək müasir görkəm alır.

    Bu əməli işlərin arxasında Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev tərəfindən çox uğurla aparılan düşünülmüş siyasəti dayanır. Biz də öz işlərimizi həmin prinsiplərə uyğun quraraq uğurla həyata keçirməyə çalışırıq. Bugünkü görüşümüz də bunun bariz nümunəsidir.

    "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış Tədbirlər Planında Daşkəsən rayonu üçün də icrası nəzərdə tutulmuş məsələlər vardır.

    Belə ki, Quşçu-Çovdar-Çaykənd avtomobil yolunun asfalt örtüyünün və körpülərin yenidən qurulması işləri davam etdirilir. Daşkəsən, Quşçu və Quşçu körpüsü qəsəbələrinin qazlaşdırılmasının, Zinzahal və Çanaqçı kəndlərində modul tipli tam orta məktəblərin tikintisinin hər birimiz artıq şahidiyik və bu tikintilər davam etdirilir.

    Bu gün Daşkəsən rayonunda 220 nəfər işsiz rayon sakinin işlə təmin olunmasına, sosial yardımların verilməsinə, rayonda aparılan abadlıq və quruculuq işlərinə görə ölkə başçımız cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk.

    Bu gün kəndlərdə sosial sahələrin inkişafı, əhalini narahat edən problemlərin yerində həlli məqsədi ilə keçirilən səyyar qəbullar Azərbaycan Respublikası Prezidentinin Ərazi - təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri hörmətli Zeynal Nağdəliyevin şəxsən diqqət mərkəzindədir və qaldırılan məsələləri nəzarət qaydasında biz həll edirik.

    Çünki dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bunun üçün rayonlarda yeni müəssisələrin, iş yerlərinin açılması, əhalinin məşğulluq səviyyəsinin artırılması ölkə siyasətinin başlıca məqsədidir.

    İndi isə istər ümumi kənd sakinlərini narahat edən, istərsə də şəxsi problemləri bağlı kimin müraciəti varsa buyursun.

    Hörmətli Suqovuşan kəndinin sakinləri!

    Sizlərin hər birini ölkə rəhbərimizin ətrafında həmişə olduğu kimi sıx birləşməyə, ölkəmizdəki əmin-amanlığı, sabitliyi qorumağa, müasir müstəqil Azərbaycanımızın daha da qüdrətlənməsi naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla həyata keçirdiyi işlərə hər zaman dəstək olmağa çağırıram.

    Hər birinizin adından da ölkə rəhbərimizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.

    Sonra sakinlərin müraciətləri dinlənilib.

    Müraciətlər əsasən istismara yararsız elektrik dirəklərinin və naqillərinin dəyişdirilməsi, işlə təmin olunma, kənd yolunun təmiri və digər şəxsi məsələlərlə bağlı olub.

    Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev səyyar qəbulda sakinlər tərəfindən qaldırılmış məsələlərin həlli ilə bağlı tapşırıqlarını verib. Əksər müraciətlər yerində həll edilib.

    Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

    Səyyar qəbul-görüşün sonunda Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev tərəfindən Yeni Azərbaycan Partiyasına üzv qəbul olunmuş kənd sakini Abbasov Məzahir Füzuli oğluna partiyanın üzvlük vəsiqəsi təqdim olundu.

    Elmar ƏLİYEV RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı


    Daşkəsən rayonu Suqovuşan kənd sakinlərinin səyyar qəbulu keçirildi - FOTOLAR
    Daşkəsən rayonu Suqovuşan kənd sakinlərinin səyyar qəbulu keçirildi - FOTOLAR
    Daşkəsən rayonu Suqovuşan kənd sakinlərinin səyyar qəbulu keçirildi - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər