“Qoca” ləqəbli avtoritetlə birgə həbs edilən şəxsdən YENİ XƏBƏR

“Qoca” ləqəbli avtoritetlə birgə həbs edilən şəxsdən YENİ XƏBƏR
  • Hadisə

  • Xüsusi təyinatlı vaqondan qaçan və saxlanılması üçünkeçirilən əməliyyatda öldürülən "Qoca” ləqəbli Etibar Məmmədovla birgə həbs olunan Məhəmməd Heydərov Ali Məhkəməyə müraciət edib.

    APA-nın məlumatına görə, M. Heydərov şikayətində barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.

    Şikayət hakim Tahir Kazımovun icraatına verilib.

    İşə yaxın günlərdə baxılacaq.

    Qeyd edək ki, təqsirləndirilən M.Heydərov 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərinqətlində şübhəlibilinərəkhəbs edilib. Onunla birgə tutulan "Qoca" ləqəbli Etibar Məmmədov məhkəmə dövründə xüsusi təyinatlı vaqondan qaçıb. E.Məmmədovəməliyyat zamanı polisə silahlı müqavimət göstərdiyi üçün məhv edilib.

    Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Heydərov 18 il müddətinə azadlıqdan məhrum edilib.

    PAYLAŞ:

    Oxşar xəbərlər