DYP-nin Ekologiya postunun komandiri işdən çıxarıldı

DYP-nin Ekologiya postunun komandiri işdən çıxarıldı
  • Siyasət / Manşet

  • Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Ekoloji nəzarət üzrə yol-patrul xidməti bölüyünün komandiri, polis polkovnik-leytenantı Fuad Mayılov tutduğu vəzifədən azad olunub.

    Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

    Nazirin digər əmri ilə Fuad Mayılov BDYPİ-nin Sumqayıt Regional Qeydiyyat-İmtahan və texniki baxış Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

    BDYPİ-dən APA-ya faktı təsdiqləyiblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər