Dillər haqda bilmədiklərimiz: hər 98 dəqiqədən bir ingiliscə yeni söz yaranır, yunan dilində sual işarəsi yoxdur

Dillər haqda bilmədiklərimiz: hər 98 dəqiqədən bir ingiliscə yeni söz yaranır, yunan dilində sual işarəsi yoxdur
  • Maraqlı

  • Dünyada 7 mindən çox dil var. Hər iki həftədən bir onlardan biri sıradan çıxır.

    Asiya.az dillər haqda bilmədiklərimizi təqdim edir. Çox maraqlı olacağını düşünürük.

    Hər 98 dəqiqədən bir ingiliscə yeni söz yaranır.

    İslandlar öz dilini çox qoruyur. Dünyada yeni terminlər yarananda İsland Tədqiqatları İnstitutu bunun doğma dildə qarşılığını tapmağa çalışır.

    Yunan dilində sual işarəsi əvəzinə nöqtə-vergül istifadə olunur.

    Çin dilində “bəli” və “xeyr” ifadələri yoxdur. Məsələn, “yemək yemisənmi?” sualına “yemişəm” və ya “yeməmişəm” deyə cavab verirlər.

    Valli dilində Uelsdən başqa yalnız Argentinada danışılır.

    Amazon qəbilələrindən olan pirah dilində kişilər 10, qadınlar 9 hərfdən istifadə edir.

    Cənubi Amerikada yaşayan aymarların dilində keçmiş və gələcək zamanların yeri dəyişikdir.

    Yapon dilində isimlərin cəmi yoxdur, əvəzində 16 halı var.

    Norveç, Danimarka və İsveç dilləri bir-birinə çox yaxındır.

    Bizim də işlətdiyimiz “kolqotki” sözü rus dilinə çexlərdən keçib.

    Papua-Yeni Qvineyada 840 dildən istifadə olunur.

    ABŞ-ın rəsmi dili yoxdur.

    Yalnız ingilis dilində “mən” əvəzliyi həmişə böyük hərflə yazılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər