"Bacardığımız qədər oynadıq" - Ramil Şeydayev

"Bacardığımız qədər oynadıq" - Ramil Şeydayev
  • İdman

  • Millimizin Uelslə matçından sonra Ramil Şeydayev müsahibə verməyə həvəsli deyildi.

    Asiya.az xəbər verir ki, sport24.az-ın Kardiffə ezam olunmuş əməkdaşına verdiyi qısa müsahibəyə forvard oyunu dəyərləndirməklə başladı.

    - Uduzmuşuq, nə deyə bilərəm? Bacardığımız qədər oynadıq. Məğlubiyyətə layiq idik, ya yox, bunu deyə bilmərəm.

    - Bərabərlik qolu sənin ötürməndən sonra vuruldu. Görürdun Mahiri, yoxsa səsə etdin ötürməni?

    - Görürdüm Mahiri. Yaxşı açıldı, mən də etməli olduğum ötürməni verdim.

    - Necə düşünürsən, bu, cari tsikldə millimizin ən yaxşı oyunu idi?

    - Xeyr. Fikrimcə, Xorvatiyaya qarşı bundan bir qədər yaxşı oynamışdıq.

    - Uels səni nə iləsə təəccübləndirdi?

    - Deməzdim ki, təəccübləndirdilər. Onlar hücum edirdi, biz isə bütün komandayla müdafiə olunurduq. Çox da hücum etmədik.

    - Çox kefsizsən. Səbəb istədiyin səviyyədə oynaya bilməməyindi, yoxsa son dəqiqələrdə buraxılan qol?

    - Bu gün də əlimdən gələni etdim. Son dəqiqələrdə buraxdığımız qol məni çox məyus etdi.

    - Son dəqiqədə cərimə meydançasında yıxıla bilərdin...

    - Rəqib mənə toxunmamışdı.

    - Xorvatiyayla matçadək istər fiziki, istərsə də psixoloji baxımdan bərpa ola biləcəksiniz?

    - Əlbəttə! Bu, ilk belə hal deyil. Fikrimcə, rotasiyalar üçün də yetərincə imkanlarımız var. Məncə, tam bərpa olacağıq.
    PAYLAŞ:

    Oxşar xəbərlər