Azərbaycanda işlənmiş pamperslər satın alınır: Sirli biznes (VİDEO)

Azərbaycanda işlənmiş pamperslər satın alınır: Sirli biznes (VİDEO)
  • Sosial / Asiya TV

  • Sosial şəbəkələrdə işlənmiş "uşaq bezlərinin" alışı adlı səhifələr yaradılıb. Həmin səhifələrdə işlənmiş bezləri atmamaq tövsiyyə edilir. Bildirilir ki, onu atmaq əvəzinə toplayın və pul qarşılığında bizə satın. Uşaq bezlərinin hansı məqsədlə alındığı barədə isə məlumat yoxdur.

    Asiya.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Artıq bir neçə gündür sosial şəbəkələrdə və qadın quruplarında "İşlənmiş uşaq bezlərinin alışı" adı altında elanlar paylaşılır. Elan sahibləri xanımlara istifadə etdikləri, bulaşmış bezləri atmamağı, toplamağı, müəyyən qədər yığıldıqdan sonra onlara satmalarını təklif edirlər.

    Bir bez üçün 3 qəpik təklif edən naməlum "biznes" nümayəndələri bildirir ki, belə bezləri hətta vətəndaşın yaşadığı yerdə və ya yaxın ərazidə görüşərək qəbul edir və yerindəcə pulunu ödəyirlər.

    Hələki işlənmiş bezlərin hansı məqsədlə alındığı bəlli deyil. Bəzi vətəndaşlar isə bunun yenidən emal üçün alındığını düşünür.

    Bu sualların cavabını tapmaq üçün elan sahibləri ilə instagram üzərindən əlaqə saxlamağa çalışdırq. Əsas sualımız əlbətdəki cavabsız qaldı. Bildirildi ki, ''sirli bizness'' haqda video rolik də hazırlanır. Yaxın vaxtlarda təqdim ediləcək. Mesajımıza cavab olaraq o da bildirildi ki, 3 qəpiyə alınan kirli bezlərin qiyməri yaxın vaxtlarda 5 qəpiyə qalxacaq.

    Sözügedən elanın instagram səifəsinə baxarkən məlum olur ki, əksər insanlar bu biznesin məqsədi ilə maraqlanırlar. Ancaq onların hamısına eyni cavab verilir-''şəxsiyə yazın, sizə ətraflı məlumat verək''. Şəxsiyə yazdıqda isə sadəcə alış qiyməti barədə məlumat verilir.

    Ekspertlər isə işlənmiş uşaq bezlərinin təkrar emal məqsədi ilə alınmasını istisna etmirlər. Lakin bildirirlər ki, uşaq bezlərinin təkrar emal edilərək satışa çıxarılması olduqca təhlükəlidir.


    PAYLAŞ:

    Oxşar xəbərlər