İsveçdə mühacirlərlə bağlı qalmaqal: Oturum iznini satın alırlar

İsveçdə mühacirlərlə bağlı qalmaqal: Oturum iznini satın alırlar
  • Dünya

  • İsveç miqrantların diqqətini xüsusi çəkən ölkələrdəndir. Bura Asiyadan, elə Azərbaycandan da xeyli insan can atır.

    Asiya.az xəbər verir ki, İsveçdə mühacirlərlə bağlı qalmaqal yaranıb. İsveç Miqrasiya İdarəsi iddia edir ki, bu təşkilata yardım üçün yaradılmış qurumlar oturum izni satırmış.

    Bu haqda “nyheteridag.se” portalı material hazırlayıb. Yazı “Miqrasiya İdarəsi köməkçi şirkətin yaşayış icazələrini satmasından şübhələnir” sərlövhəsi ilə dərc olunub.

    Yazıdan belə anlaşılır ki, İsveçə gəlmək üçün miqrantlar daha çox saxta iş müqavilələrinə üstünlük verir. Məsələnin üstü Örebro şəhərində açılıb. Xarici vətəndaşlar üçün iş icazələrinə cavab məqsədilə 100-ə yaxın qərar araşdırılıb və demək olar, hər üçüncü halda İsveç Miqrasiya İdarəsi saxtakarlıq aşkar edib. Portal bunu “vicdansız razılaşmalar” adlandırıb.

    Xəbərə şərh yazanlardan Arben Ademi bildirir ki, yaşayış hüququnun satılması İsveç üçün təzə xəbər deyil, İsveç Miqrasiya İdarəsi də həqiqəti çoxdan bilir: “Gəlib İsveçi məhv etmək istəyirlər. Skonedəki bir şirkət Balkanlardan gəlmiş 10 nəfərə yaşayış hüququnu 30 min avroya satmışdı. Miqrasiya şurası şübhələnirsə, qoy bütün yaşayış icazələrini geri çevirsin”.

    Linda İsakson isə diqqəti başqa məsələyə yönəldib. Oxucu İsveç polisinin hər il azı 400 nəfərin burada qul kimi işlədilməsi faktını ortaya çıxardığını bildirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər