Bakıda polis əməkdaşını bıçaqladılar

Bakıda polis əməkdaşını bıçaqladılar
  • Hadisə

  • Bakının Nərimanov rayonunda polis əməkdaşına hücum olub.

    Asiya.az xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

    İnsident oktyabrın 9-dan 10-a keçən gecə Təbriz küçəsində, 54 nömrəli evin qarşısında baş verib.

    1972-ci il təvəllüdlü Rövşən İsrafil oğlu Hüseynov sahə müvəkkili, polis kapitanı, 1982-ci il təvəllüdlü Babək Məhəmmədəli oğlu Abbasova bıçaqla hücum edib. Nəticədə asayiş keşikçisi qolundan üç bıçaq yarası alıb.

    Rayon prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 315-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı müqavimət) üzrə cinayət işi qaldırılıb, istintaq aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər