Sabiq məhkəmə sədrini öldürən “Göl Əli” generalın qudasıdır

Sabiq məhkəmə sədrini öldürən “Göl Əli” generalın qudasıdır Sabiq məhkəmə sədrini öldürən “Göl Əli” general Zeynalovun və sabiq nazir müavininin yaxın qohumudur...

Asiya.az Criminal.az-a istinadla xəbər verir ki, qətli törədən şəxs “Göl Əli” ləqəbi ilə tanınan böyük biznesmendi.

Qatilin bir çox sabiq və indiki məmurlarla yaxın qohumluq əlaqəsi var. Əli Şəmiyev Tovuz rayonunun keçmiş icra hakimiyyəti başçısı Tofiq Zeynalovla və nəqliyyat nazirinin keçmiş müavini, “Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş rəhbəri Arif Əsgərovla qudadır.

“Göl Əli”nin qızları Tofiq Zeynalovun oğlu Qoşqar Zeynalovla və Arif Əsgərovun oğlu Rahib Əsgərovla evləniblər.

Tofiq Zeynalov isə Baş Dövlət Yol Polis İdarəsinin rəisi general-mayor Ramiz Zeynalovun qardaşıdır.

Cinayətdə günahlandırılan “Göl Əli” ləqəbli iş adamı Şəmiyev Əli Məhərrəm oğlunun restoran və hotellər şəbəkəsinin sahibi olduğu bildirilir. İlkin araşdırma zamanı məlum olub ki, hüquqşünas iş adamına məxsus hotelin Tovuzun magistral su kəmərinin yaxınlığında tikildiyini müəyyənləşdirib və ondan şantaj yolu ilə pul tələb edib.

Bir neçə dəfə hüquqşünasın istəyini yerinə yetirən iş adamı sonuncu görüşdə üzərində gətirdiyi “Makarov” tipli tapançadan F.Ələkbərliyə üç dəfə atəş açıb. Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan hüquqşünas orada ölüb. Öldürülən hüquqşünas 90-cı illərin əvvəllərində Tovuz Rayon Məhkəməsinin sədri olub.

Oxşar xəbərlər