Göbələk bu orqanı xərçəngdən qoruyur

Göbələk bu orqanı xərçəngdən qoruyur
  • Maraqlı

  • Həftədə ən azı 3 dəfə göbələk yeməyin prostat xərçəngi riskini azaltdığı məlum olub.

    Asiya.az e-tibb.az-a istinadən bildirir ki, Yaponiyada aparılan bir araşdırmaya görə, 40-79 yaşda olan 37 min nəfərə yaxın kişi 13 il izlənilib. Müşahidə olunan şəxslərə qidalanma alışqanlıqları, yaşam tərzləri də daxil olmaqla bir çox suallar verilib.

    Araşdırma, ən azı həftədə 3 dəfə göbələk yeyənlərin prostatın bədxassəli şişinə tutulma riskinin, həftədə bir dəfə yeyənlərdən 17 faiz daha az olduğunu aşkarlayıb.

    Göbələyi həftədə iki dəfə yeyənlərdə isə bu riskin 8 faiz daha az olduğu müəyyən edilib.

    Qeyd olunur ki, bu, yaşı 50-dən çox olan kişilərdə daha çox nəzərə çarpır.
    PAYLAŞ:

    Oxşar xəbərlər