İranda qadınlarla bağlı inqilabi addım

İranda qadınlarla bağlı inqilabi addım
  • Dünya

  • İranda qadınların futbol oyunlarını stadiondan izləməsinə icazə veriləcək.

    Asiya.az xəbər verir ki, bu barədə ölkənin vitse-prezidenti Hüseyn Əli Əmiri məlumat verib.

    Vitse-prezident bildirib ki, hazırda İranın bütün stadionlarında yenidənqurma işləri aparılır. Məqsəd qadınların stadionlara daxil olmaları üçün xüsusi keçidlər qurmaq və onların kişilərdən ayrı sektorlarda otura bilməsini təmin etməkdi.

    Hüseyn Əli Əmiri qeyd edib ki, qadınları futbol kimi maraqlı bir oyuna baxmaq hüququndan məhrum etmək olmaz və onlar oktyabrın 10-dan etibarən stadionlara buraxılacaqlar.

    Qeyd edək ki, mart ayında Səhər Heydəri adlı qadın bir neçə rəfiqəsi ilə kişi geyimində "İstiqlal"ın oyununa getdiyi üçün həbs olunmuşdu. 3 gün həbsdə saxlanılan Səhər daha sonra zaminə buraxılmışdı. 6 ay məhkəmə günü gözləyən xanım azarkeş hakimin "təcili işi çıxdığı üçün" təxirə salınan prosesdən sonra məhkəmə binasının önündə özünü yandırıb. "İstiqlal"ın rənglərinə uyğun olaraq "Mavi qız" ləqəbini götürən və bu adla paylaşımlar edən Səhər sentyabrın 10-da əfat edib.

    Hadisə ilə bağlı açıqlama verən Beynəlxalq Əfv Təşkilatının (Amnesty International) rəsmisi Filip Luter bildirib ki, Səhərin ölümü İranın qdın haqqlarına verdiyi dəyərin göstəricisidi: "Səhərin ölümü boşuna olmamalıdı. Gələcəkdə başqa faciələrin baş verməməsi üçün İranda dəyişikliklər edilməlidi".

    İranda 1979-cu ildə baş verən İslam İnqilabından sonra qadınların bir çox hüquqları kimi, stadiondan oyun izləmək hüququ da alınıb. Yasaq ilk dəfə ötən il aradan qaldırılıb və qadınlar Asiya Çempionlar Liqasının oyununa buraxılıb. Bir müddət əvvəl 6 qadın kişi geyimində stadiona girdiyi üçün həbs olunmuşdu. Yerli liqaların belə yubanmasına səbəb olan bu olaydan sonra FIFA İrana xəbərdarlıq edərək qadınların stadionlara buraxılmamasının ali futbol qurumunun dəyərlərinə ziddi olduğunu qeyd etmişdi. Ali futbol qurumu tələb etmişdi ki, qadınların hüquqları pozulmasın və onların stadiona maneəsiz daxil olmalarına icazə verilsin. Əks təqdirdə İranın Futbol Federasiyasına sanksiyalar tətbiq olunacaq.

    Onu da qeyd edək ki, oktyabrın 10-da Tehranda İran və Kambocanın milli komandaları qarşılaşacaq. İran qadınları bu oyuna buraxılacaq.


    İranda qadınlarla bağlı inqilabi addım
    PAYLAŞ:

    Oxşar xəbərlər