Bakıda cibgir qadın saxlanıldı

Bakıda cibgir qadın saxlanıldı
  • Kriminal

  • Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini N.Ağammədova saxlanılıb.

    Asiya.az xəbər verir ki, o, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

    N.Ağammədova iyunun 21-də paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini olan bir qadının içərisində 265 manat, 300 ABŞ dolları və sənədlər olan pulqabısını oğurlamaqda şübhəli bilinir.
    PAYLAŞ:

    Oxşar xəbərlər