Bakı metrosunda həyəcanlı anlar: tüstülənmə oldu, qatar boşaldıldı (YENİLƏNİB)

Bakı metrosunda həyəcanlı anlar: tüstülənmə oldu, qatar boşaldıldı (YENİLƏNİB)
  • Olay

  • "Bakı Metropoliteni” QSC-nin "Gənclik" stansiyasında qatarda baş verən tüstülənmənin səbəbləri məlum olub.

    Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Report”a açıqlamasında bildirib ki, vaqonda tüstü hiss olunub: "Qatar yoxlanılıb və hər şey qaydasındadır. Qatar həmin sərnişinləri yenidən götürürərək yoluna davam edib”.

    B.Məmmədovun sözlərinə görə, bu qatardan əvvəl xətdə sınaq qatarı hərəkətdə olub: "Sınaq qatarı boş gedirmiş. Sınaq qatarının "kolodka”sı sıxılıb və bu zaman təkər relsə sürtülüb. Nəticədə yaranan tüstü digər qatarın içinə dolub. Ehtiyat üçün qatardan sərnişinlər düşürülüb və hər şey yoxlanılıb. Daha sonra heç bri problemmüəyyən edilmədiyi üçün sərnişinlər həmin qatarla da yola salınıblar. Hazırda Bakı metrosunda hərəkət qrafiki tam qaydasında icra olunur".

    14.50

    "Bakı Metropoliteni" QSC-nin "Gənclik" stansiyasında qatarda tüstülənmə olub.

    Asiya.az "Report"a istinadən xəbər verir ki, sərnişinlər qatardan düşürülüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər