Bir zamanlar Rövşən Lənkəranskinin nəzarət etdiyi bazar sökülür

Bir zamanlar Rövşən Lənkəranskinin nəzarət etdiyi bazar sökülür Azərbaycanlı kriminal avtoritetlərin daimi nəzarətində olan meyvə-tərəvəz bazarı sökülür. Uralın paytaxtı Yekaterinburqda Azərbaycandan birdəfəyə 30 min tonadək meyvə-tərəvəz qəbul edə bilən yeni loqistik mərkəz tikiləcək.

Asiya.az Ölkə.az-a istinadən xəbər verir ki, Yekaterinburq rəhbərliyi bu yolla kriminal aləmin maliyyələşdirilməsində müstəna rolu olan 4 saylı meyvə-tərəvəz bazasından qurtulmaq istəyir. Yeni layihəyənin reallaşdırılmasına Yekaterinburqun qubernatoru Yevgeniy Kuyvaşev özü şəxsən nəzarət edəcək. Yeni meyvə-tərəvəz terminalı Yekaterinburqda hava limanı və Universiada şəhərciyi yaxınlığında tikiləcək və Azərbaycandan gətirilən meyvə-tərəvəzlə təmin ediləcək.

Yeni logistik mərkəzin tikintisinə bu il başlanacağı və 2021-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Yeni baza istifadəyə verildikdən sonra 4 saylı bazasındakı işləyən azərbaycnlılar və Azərbaycan diasporasının ora yerləşdirilməsi nəzərdə tutulur.

"Ura.ru"nun verdiyi xəbərə görə, bu məsələ Sverdlovsk vilayətinin rəhbərliyinin bu yaxınlarda Azərbaycan səfəri zamanı Azərbaycan hakimiyyəti ilə müzakirə edilib və razılıq əldə olunub. Əldə edilən razılığa əsasən Azərbaycandan Urala meyvə-tərəvəzin ixracı ilə "TEN" şirkəti məşğul olacaq.

Adı çəkilən bazada davamlı olaraq kriminal qalmaqallar baş verdiyindən hər zaman hüquq-mühafizə orqanlaırnın nəzarətində olub.

Qeyd edək ki, zamanında adı çəkilən bazanın qeyri-rəsmi rəhbəri kriminal aləmin ən nüfuzlu simalarından olan mərhum Rövşən Lənkəranski olub. Orada çalışan alverçilər və iş adamları Rövşənə haqq veriblər.

Mətbu orqanının yazdığına görə, hazırda bazadan kriminal aləm üçün pulları kriminal avtoritet Sarı Hacıyev yığır.

Oxşar xəbərlər