Daşkəsən RİH-nin başçısı ucqar dağ ətəyində yerləşən kəndin sakinləri ilə səyyar qəbul keçirib

Daşkəsən RİH-nin başçısı ucqar dağ ətəyində yerləşən kəndin sakinləri ilə səyyar qəbul keçirib
  • Sosial

  • Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev təsdiq edilmiş qrafikə uyğun olaraq sentyabrın 25-də ucqar dağ ətəyində yerləşən Qaratağlar kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.

    RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elmar Əliyevin Asiya.az-a verdiyi xəbərə görə, Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev səyyar qəbulda çıxış edərək bildirmişdir ki, bu gün Rayon İcra Hakimiyyətinin məsul işçilərinin, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə yerlərdə keçirilən səyyar qəbulların qrafikinə uyğun olaraq kənd sakinləri ilə görüşə gəlmişik.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkə əhalisini narahat edən sosial məsələlərin həlli daim diqqət mərkəzində saxlanılır, ölkədə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşlarımızın rahatlığı və sosial vəziyyətinin yaxşılaşdırılması dayanır.

    Görüşümüzün də əsas məqsədi siz kənd sakinlərini narahat edən məsələləri öz dilinizdən eşitmək və Rayon İcra Hakimiyyəti tərəfindən bu problemlərin vaxtında həlli üçün lazım olan bütün addımları atmaqdır.

    Bu gün sosial sahələrin inkişafı, əhalini narahat edən problemlərin yerində həlli məqsədi ilə yerlərdə keçirilən səyyar qəbullar Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının diqqət mərkəzindədir və səsləndirdiyiniz müraciətlər nəzarət qaydasında icra olunur.

    Yerində həlli mümkün olan məsələlər operativ şəkildə həll ediləcək, lazım gəldiyi halda isə aidiyyəti üzrə baş idarə və nazirliklər qarşısında məsələ qaldırılaraq həll edilir.
    Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, eyni zamanda, problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılması və müavinətlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə Qaratağlar kənd sakinlərinə ətraflı məlumat verib.

    Xüsusilə vurğulamışdır ki, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev tərəfindən çox uğurla aparılan siyasətin təməlində xalqa xidmət dayanır.
    Sentyabr ayından minimum əməkhaqqı 250 manata çatdırılıb. Bütün mərkəzi və yerli dövlət orqanlarının, hərbi qulluqçuların, eləcə də digər büdcə təşkilatları işçilərinin əməkhaqlarının 40 faiz artırılmasının başlıca səbəbi vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması istiqamətində aparılan çox uğurlu islahatlardır.
    Əhəd Abıyev bildirdi ki, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi, hakimiyyətin xalq iradəsi ilə formalaşdırılması, Azərbaycanın demokratik-hüquqi dövlət olması, vətəndaş cəmiyyətinin fəaliyyətinə təminat verilməsi, sosial dövlətin və əhalinin rifahının təmin edilməsi, eləcə də ümumbəşəri dəyərlər Azərbaycan xalqını birləşdirən ümumi dəyərlərdir.

    Məhz buna görə də sizlərin hər birini ölkə rəhbərimizin ətrafında həmişə olduğu kimi daha da sıx birləşməyə, ölkəmizdəki əmin-amanlığı, sabitliyi qorumağa, müasir müstəqil Azərbaycanımızın qüdrətlənməsi naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla həyata keçirdiyi işlərə hər zaman dəstək olmağa çağırıram.
    Rayonumuzun inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərimizə hər birimizin adından dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.
    Daha sonra Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev sakinlərin müraciətlərini dinləyib.

    Səyyar qəbulda sakinlərin müraciəti əsasən kənd ərazisində olan istismara yararsız vəziyyətə düşmüş elektrik dirəklərinin və naqillərinin dəyişdirilməsi, kəndə təbii qaz xəttinin çəkilməsi, yolun təmiri, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.

    Hər bir sakinin probleminə diqqətlə yanaşan Əhəd Abıyev vətəndaşların müraciətlərinin araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq həllinə dair aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.

    Sakinlər tərəfindən qaldırılan məsələlərin əksəriyyəti Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin müvafiq göstərişi ilə yerindəcə həll edilib, bəzi müraciətlərlə bağlı isə aidiyyəti qurumlara tezliklə qısa müddət ərzində həll edilməsi tapşırılıb.

    Sakinlər onların müraciətlərinə baxılması üçün yaradılan yüksək şəraitdən razılıq edərək göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

    PAYLAŞ:

    Oxşar xəbərlər