Daha bir ölkə Bakıda səfirlik açır

Daha bir ölkə Bakıda səfirlik açır
  • Siyasət / Manşet

  • Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu Yorkda BMT Baş Assambleyasının 74-cü iclası çərçivəsində Slovakiya Respublikasının Xarici və Avropa İşləri naziri Miroslav Layçak ilə görüşüb.

    Asiya.az xəbər verir ki, nazirlər iki ölkə arasında mövcud olan ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini qeyd ediblər və əməkdaşlıq gündəliyinin müxtəlif aspektlərini müzakirə ediblər. Nazir M.Layçak yaxın günlərdə Slovakiyanın Azərbaycanda Səfirliyinin açılacağını bildirib.

    Nazirlər, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər