Dünyanın ən sağlam ölkələri hansılardır? - Top 10

Dünyanın ən sağlam ölkələri hansılardır? - Top 10
  • Maraqlı

  • İspaniya dünyanın ən sağlam ölkəsi seçilib

    İspanlar bu gün istənilən Avropa ölkəsindən daha ucadan "salud" və ya "sənin sağlığına" deyə badə qaldıra bilər. Belə ki, "Bloomberg"in analizinə görə, İspaniya dünyanın ən sağlam ölkəsi seçilib.

    Bloomberg"in Sağlam Ölkə İndeksində 169 iqtisadiyyat yer alıb. Ümumən əhalinin sağlamlığının qiymətləndirilməsində uzunömürlülük, tütündən istifadə və obezlik kimi sağlamlıq riskləri, təmiz suya çıxış və sanitariya kimi iqlim faktorları nəzərə alınıb. İspaniya doğuşdan uzunömürlülük ehtimalının böyük olmasına görə 92,75 balla siyahının ilk pilləsində qərarlaşıb. Siyahının ilk beşliyində həmçinin İtaliya, İslandiya, Yaponiya və İsveçrə yer alıb. ABŞ isə 73 balla indeksdə 35-ci pillədədir.

    Sub-Sahara ölkələrinin 27-si dünyanın ən qeyri-sağlam 30 ölkəsi arasında yer alıb. Digər üç ölkə bu boşluğu doldurur - Haiti, Əfqanıstan və Yəmən.

    Dünyanın ən sağlam ölkələrinin ilk 10-luğunu təqdim edirik:

    1. İspaniya

    2. İtaliya

    3. İslandiya

    4. Yaponiya

    5. İsveçrə

    6. İsveç

    7. Avstraliya

    8. Sinqapur

    9. Norveç

    10. İsrail
    (bilge.az)
    PAYLAŞ:

    Oxşar xəbərlər