“Qalatasaray”la “Fənərbaxça” heç-heçəyə razılaşdı

“Qalatasaray”la “Fənərbaxça” heç-heçəyə razılaşdı Türkiyə Super Liqasında 6-cı tura start verilib.

Turun açılış oyununda "Başakşəhər” "Rizəspor”u qəbul edib. Meydan sahibləri bu görüşdə 5 cavabsız qolla qalib gəliblər.

Turun mərkəzi görüşündə "Fənərbaxça” səfərdə "Qalatasaray”la münasibətlərinə aydınlıq gətirib. "Türk Telekom Arena”da keçirilən qarşılaşmada qapılara qol vurulmayıb.

"Alanyaspor” – "Sivasspor” matçı da heç-heçə yekunlaşıb. "Kasımpaşa” isə səfərdə "Dənizlispor”u minimal hesabla üstələyib.

Son turlarda uğursuz çıxış edən "Beşiktaş” isə bu turda "Trabzonspor”la üz-üzə gələcək.

Türkiyə Super Liqası, 6-cı tur

28 sentyabr

Dənizlispor – Kasımpaşa 0:1
Qol: Hayradinoviç, 67.

Alanyaspor – Sivasspor 1:1
Qol: Sisse, 61 – Fernando, 1.

Qalatasaray – Fənərbaxça 0:0

29 sentyabr

15:00 Konyaspor – Kayserispor
17:30 Ankaragücü – Gənclərbirliyi
17:30 Antalyaspor – Yeni Malatyaspor
20:00 Trabzonspor – Beşiktaş

30 sentyabr

21:00 Qazişəhər – Göztəpə

Oxşar xəbərlər