Asiya.az Oxu.az-a istinadən bildirir ki, Həbib daha sonra növbəti döyüşünü Rusiyada da keçirə biləcəyini deyib.
Nurməhəmmədov "Instagram" hesabında yazıb: "Növbəti döyüşümün Rusiyada keçirilmə ehtimalı çoxdur. Kiril Aleksandroviçlə söhbətləşmək xoş oldu".
Xatırladaq ki, sentyabrın əvvəllərində rusiyalı döyüşçü UFC 242 çempionatında amerikalı rəqibi Dastin Poryeni məğlub edərək, növbəti dəfə yüngül çəkidə çempion titulunu qazanmışdı.