Azərbaycanda fəhlələri daşıyan avtobus aşdı - FOTO

Azərbaycanda fəhlələri daşıyan avtobus aşdı - FOTO
  • Olay

  • Bu gün səhər saatlarında Neftçala rayonunun Qaraqaşlı kəndində yerləşən quşçuluq fabrikinə məxsus "PAZ-672” markalı avtobus kənd ərazisində yoldan çıxaraq aşıb.

    Asiya.az virtualaz.org-a istinadən xəbər verir ki, hadisə baş verən zaman avtobus yavaş sürətlə hərəkət etdiyindən fabrikə işə gedən fəhlə qadınlardan bir nəfər - Salyan şəhər sakini, 48 yaşlı Könül Məmmədhəsən qızı Abdulova xəsarət alıb.

    O dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

    Faktla bağlı araşdırma aparılır.


    Azərbaycanda fəhlələri daşıyan avtobus aşdı - FOTO
    Azərbaycanda fəhlələri daşıyan avtobus aşdı - FOTO
    Azərbaycanda fəhlələri daşıyan avtobus aşdı - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər