Məşhur AXCP üzvündən şok müraciət: Əli Kərimli diktatordur - VİDEO

Məşhur AXCP üzvündən şok müraciət: Əli Kərimli diktatordur - VİDEO AXCP üzvü Aydın Əliyev sosial şəbəkədə "Cəbhədaşlarıma müraciət" başlığıya video yayıb.

Asiya.az xəbər verir ki, o partiyanın sədri Əli Kərimlinin ünvanına sərt ittihamlar səsləndirib.

Aydın Əliyev deyib ki, Əli Kərimli partiyada diktatura rejimi yaradıb: "Əli Kərimli sənə müraciət edirəm ki, partiyadan istefa ver. Bilirəm ki, sən məni partiyadan çıxarmaq istəyirsən, ancaq mən heç vaxt istefa verməyəcəm. Sən istefa ver, qoy gənclər sədrliyə gəlsin".

Aydın Əliyev deyib ki, AXCP sədri siyasi dələduzdur: "Mən 1988-ci ildən meydanlardayam. İndi anlayıram ki, mən aldadılmışam. Bu gün də o gənclərimizi aldadır. Əli Kərimli partiyanın nizamnaməsini pozur, qanunları pozur. Sizin çoxunuz bundan xəbərdarsız, ancaq bunu dilə gətirməkdən qorxursuz. Qorxmayın, gəlin Əli Kərimlinin çirkin oyunlarına qarşı birgə mübarizə aparaq".

Qeyd edək ki, Əli Kərimli iki gün öncə verdiyi açıqlamada bildirmişdi ki, AXCP üzvləri onun istefasını tələb etsə, o məmnuniyyətlə istefa verər.

Əli Kərimlinin bu bəyanatdan sonra hansı addım atacağı maraq doğurur.

Aydın Əliyevin video müraciətini təqdim edirik:



Oxşar xəbərlər