Niderlandda polis tutuquşunu həbs edib

Niderlandda polis tutuquşunu həbs edib Niderlandda polis tutuquşunu həbs edib.

Bu barədə "NL Times" informasiya portalı bildirib.

Qeyd edilir ki, hadisə Utrextedə baş verib. Tutuquşu mağaza oğurluğunda şübhəli bilinən kişi ilə birlikdə həbs olunub. Polisin tutuquşunu şahid adlandırmasına baxmayaraq, quş qəfəs olmadığına görə sahibi ilə birlikdə saxlanılıb.

Polis bu barədə özünün "Instagram" səhifəsində də yazıb. Fotoda tutuquşu ağ çörək tikəsi ilə birlikdədir. Tutuquşu cinayət işində şahid kimi tanınır.

Oxşar xəbərlər