Rafael Cəbrayılova cinayət işi açılacaq? - Baş prokurordan açıqlama

Rafael Cəbrayılova cinayət işi açılacaq? - Baş prokurordan açıqlama
  • Siyasət / Manşet

  • "Mərkəzi Seçki Komissiyası (MSK) deputat Rafael Cəbrayılovun fəaliyyətinə xitam verdikdən sonra onun kimlərəsə borclu olması məsələsi müzakirə olunacaq. Bildiyiniz kimi, onun aldığı borcla bağlı vətəndaşlar məhkəmələrə müraciətlər ediblər".

    Asiya.az-ın xəbərinə görə, bunu Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib.

    O qeyd edib ki, hazırda R.Cəbrayılovun həmin işlə bağlı iddia ərizəsinə mülki qaydada baxılır: "Əgər məhkəmə baxışında onun tərəfindən dələduzluq və ya cinayət faktı müəyyən ediləcəksə, Rəfael Cəbrayılovun barəsində xüsusi qərardad çıxarıb, prokurorluğa göndəriləcək. Bundan sonra biz həmin araşdırmaları aparacağıq".
    PAYLAŞ:

    Oxşar xəbərlər