Deputat Aytən Mustafayeva: Üç il olar ki, ikinci dəfə ailə həyatı qurmuşam

Deputat Aytən Mustafayeva: Üç il olar ki, ikinci dəfə ailə həyatı qurmuşam
  • Cəmiyyət / Manşet

  • Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafayeva üç il bundan əvvəl ikinci dəfə ailə həyatı qurub...

    Asiya.az-ın xəbərinə görə, bu barədə A.Mustafayeva Modern.az saytına müsahibəsində bildirib.

    “Üç il olar ki, ikinci dəfə ailə həyatı qurmuşam. 40 yaşım olanda həyat yoldaşımı itirdim”, - deyə deputat bildirib.

    “Rövşəni (birinci həyat yoldaşı – red.) itirəndə təkcə həyat yoldaşımı yox, həmfikrimi, həmdərdimi itirdim. Bu, çox çətin məsələdir. Özü pis xəstə olduğunu hiss edirdi. Deyirdi ki, mən öləndən sonra sən təkcə tənha qalmayacaqsan, həm də boşluq hiss edəcəksən”, - Aytən Mustafayeva hisslərini bölüşüb.

    A.Mustafayeva müsahibədə bəzi deputat həmkarlarını tanımadığını da etiraf edib:

    “Harasa gedəndə “mən də deputatam” deyən kimi qəribə baxırlar. Ancaq nə edək?! Çalışaq ki, bu şərəfli ada ləkə vurdurmayaq... Kimsə durub hamının yerinə cavab verə bilməz. Açıq deyirəm sizə: elə deputatlar var ki, onları üzdən tanımıram”.

    Qeyd edək ki, A.Mustafayevanın birinci həyat yoldaşı Azərbaycanın görkəmli elm xadimi, AMEA Hüquq və İnsan Haqları İnstitutunun keçmiş direktoru, professor Rövşən Mustafayev idi.

    R.Mustafayev 1960-cı il oktyabr ayının 5-də Bakıda, ziyalı ailəsində anadan olub.

    R. Mustafayev uzun sürən xəstəlikdən sonra, 2009-cu il fevral ayının 20-də İstanbul şəhərində, “Memorial” xəstəxanasında vəfat edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər