“Quli”yə qarşı sui-qəsd planlaşlaşdırlır – 1 milyon dollar ayrılıb

“Quli”yə qarşı sui-qəsd planlaşlaşdırlır – 1 milyon dollar ayrılıb
  • Manşet / Hadisə

  • Azərbaycanlı “qanuni oğru” Nadir Səlifovu (“Quli”) qətlə yetirmək üçün plan hazırlanır...


    Yenisabah.az Rusiya KİV-inə istinadən xəbər verir ki, Nadir Səlifovla konfliktdə olan və bunun nəticəsi olaraq “qanuni oğru” titulundan məhrum edilən gürcü əsilli Quram Çixladze (“Kvejeoeviç”) rəqibinin qətlini təşkil yaxud icra edə biləcək şəxs(lər) axtarır. İddia olunur ki, Quram Çixladze bu iş üçün 1 million dollardan keçməyə razıdır.

    Çixladze ilə Səlifovun arasındakı konflikt bu ilin avqust ayından başlayıb. O, Türkiyədə Nadir Səlifovla görüşdə ikincinin yaxın adamı qazax əsilli kriminal avtoritet Arman Cumagəldiyev (“Arman Dikiy”) tərəfindən vurulub.

    Nadir Səlifov həmin vaxt bayırda olub. O içəri girən kimi dərhal davanın qarşısını alıb və Çixladzeyə bu məsələni müzakirəsini təklif edib.

    Eyni zamanda Arman Cumagəldiyev Çixladzenin titulundan xəbərsiz olduğunu bildirib. Bundan sonra Çixladze İsrailə gedib. Onun hazırda da İsraildə olduğu bildirilir. İnsident kriminal aləmdə böyük toqquşmanın əsasını qoyub. Çixladzenin vurulmasından sonra başqa bir gürcü əsilli “qanuni oğru” Badri Koquaşvili (“Badri Kutaisi”) Nadir Səlifovun titulunun əlindən alınması təşəbbüsü ilə çıxış edib. Lakin “qanuni oğru”ların böyük əksəriyyəti onu dəstəkləməyib.

    Hətta bu məsələ Badri Koquşavilinin əleyhinə işləyib. “Sxodka”da onun, Çixladzenin və onları dəstəkləyən Emzar Caparidzenin “qanuni oğru” titulu şübhə altına alınıb. Rusiyada ciddi dəstək tapmayan Badri Koquşavili İsrailə gedərək oradakı “qanuni oğru”ları “Quli”yə qarşı səfərbər etmək niyyətinə düşüb. Lakin Koquaşvilini İsrailə buraxmayıblar. Bu dəfə o, Avropaya üz tutub. Hazırda Koquaşvilinin Avropada “qanuni oğru”larla danışıqlar apardığı bildirilir.

    Nadir Səlifova gəlincə, o, haqlı olduğundan əminlik ifadə edir və belə görünür ki, istənilən “sxodka”da sözünü deməyə hazırdır. Hətta iddialara görə, o, Koquaşvilini harada olsa tapacağına and içib. Görünür, elə bu səbəbdəndir ki, Səlifovun qətli məsələsi gündəmə gəlib.
    PAYLAŞ:

    Oxşar xəbərlər