Asiya.az xəbər verir ki, Mədəniyyət işçiləri, tələbə və məktəblilərin iştirak etdiyi tədbirdə Mədəniyyət mərkəzinin direktoru Vəkil İsmayılov mütəfəkkir şair İmadəddin Nəsimi yaradıcılığı haqqında geniş məlumat verib.
Sonra Masallı Xalq Teatrı kollektivinin – Masallı Dövlət Regional Kollecinin tələbələrinin, eləcə də baş rejissor Camaləddin Əliyev, quruluşçu rejissor Cavid Quliyev, səhnə tərtibatçısı Elsevər Əliyev, produsser Mərhəmət Lələyev tərəfindən hazırlanan “Məndə sığar iki cahan” adlı əbədi-bədi kompozisiya nümayiş etdirilib.