Nazir müavinləri haralıdır? Bu rayondan olanlar çoxluq təşkil edir...- TAM SİYAHI

Nazir müavinləri haralıdır? Bu rayondan olanlar çoxluq təşkil edir...- TAM SİYAHI
  • Siyasət / Araşdırma / Manşet

  • Azərbaycanda mövcud olan 18 nazirlikdə ümumililkdə 63 nazir müavini fəaliyyət göstərir.

    Say baxımından ən çox nazir müavini Fövqəladə Hallar Nazirliyində, ən az nazir müavini isə Müdafiə Sənayesi Nazirliyindədir. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun 7, Müdafiə sənayesi naziri general-polkovnik Mədəd Quliyevin isə cəmi 1 müavini var.
    Nazir müavinlərinin arasında ən yaşlısı Xarici işlər nazirinin müavini Hafiz Paşayevdir. Hafiz Paşayevin 78 yaşı var. Ən gənc nazir müavini isə Səhiyyə nazirinin 37 yaşlı müavini Rahim Əliyevdir.

    Nazir müavinlərinin təxminən 1/3-nin doğum yeri kimi Bakı şəhəri göstərilib. Bakı şəhərindən sonra nazir müavinlərinin tərcümeyi-halında doğum yeri kimi ən çox Naxçıvan Muxtar Respublikasının rayonları, Qərbi Azərbaycanın (keçmiş Ermənistan) rayonları və Gürcüstanın rayonları qeyd olunub. Rayonlar arasında Şərur rayonunda anadan olan nazir müavinıəri üstünlük təşkil edib.

    Azərbaycanda mövcud olan 18 nazirlikdə fəaliyyət göstərən 63 nazir müavininin doğum tarixləri və doğulduqları yerlər belə olub:

    Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun 7 müavini var:
    1. Birinci müavin, general-leytenant Rəfail Mirzəyev - 1959-cu ildə Gürcüstanın Marneuli rayonunda anadan olub
    2. General-leytenant Faiq Tağı-zadə - 1951-ci ildə Bakı şəhərində anadan olub
    3. General-leytenant Etibar Mirzəyev - 1958-ci ildə Naxçıvan şəhərində anadan olub.
    4. General-leytenant Ragim Lətifov - 1963-cü ildə Qəbələ şəhərində anadan olub.
    5. Orucəli Hacıyev - 1959-cu ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub.
    6. General-mayor Teymur Mehdiyev - 1975-ci ildə Gürcüstan Respublikası, Suxumi şəhərində anadan olub. Əslən Naxçıvan MR.
    7. Tapdıq Əmiraslanov - 1978-ci ildə Moskva şəhərində anadan olub. Əslən Qərbi Azərbaycandan.

    Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 5 müavini var:
    1. Birinci müavin, general-polkovnik Nəcməddin Sadıkov - 1956-cı ildə Dərbənd şəhərində anadan olub.
    2. General-leytenant Kərim Vəliyev - 1961-ci ildə Bakı şəhərində anadan olub
    3. General-leytenant Fuad Məmmədov - 1968-ci ildə Bakı şəhərində anadan olub.
    4. General-leytenant Ramiz Tahirov - 1966-cı ildə Rusiya Federasiyasının Vladiqafqaz şəhərində anadan olub.
    5. General-leytenant Kərəm Mustafayev- 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.

    Ədliyyə naziri Fikrət Məmmədovun 5 müavini var:
    1. Toğrul Musayev - 1954-cü ildə Bakı şəhərində anadan olub.
    2. Vilayət Zahirov - 1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.
    3. Azər Cəfərov - 1954-cü ildə Zərdab şəhərində anadan olub.
    4. Məhərrəm Əliyev - 1951-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.
    5. Ceyhun Həsənov - 1962-ci ildə Salyan rayonunda anadan olub.

    Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun 5 müavini var:
    1. Birinci müavin, general-mayor Seyfulla Əzimov - 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yuxarı Daşarx kəndində anadan olub.
    2. General-leytenant Oruc Zalov - 1952-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur.
    3. General-leytenant İsmət Əliyev - 1959-cu ildə Ermənistan Respublikasının Krasnoselsk rayonunun Əmirxeyir kəndində anadan olub.
    4. General-leytenant Şahin Məmmədov - 10 yanvar 1961-ci ildə Qazax rayonunun Yenikənd kəndində (indiki Ağstafa rayonunun Zəlimxan kəndi) anadan olub.
    5. General-leytenant Fazil Quliyev - 1957-ci ildə Bakı şəhərində anadan olub.

    İqtisadiyyat naziri Şahin Mustafayevin 5 müavini var:
    1. Niyazi Səfərov - 1959-cu ildə anadan olub. Harda anadan olduğu barədə rəsmi məlumat yoxdur.
    2. Sevinc Həsənova - 1971-ci ildə anadan olub. Harda anadan olduğu barədə rəsmi məlumat yoxdur.
    3. Sahib Məmmədov - 1978-ci ildə anadan olub. Harda anadan olduğu barədə rəsmi məlumat yoxdur.
    4. Şirzad Abdullayev - 1970-ci ildə Ağdaş rayonunda anadan olub.
    5. Rüfət Məmmədov - 1981-ci ildə Bakı şəhərində anadan olub.

    Xarici işlər naziri Elmar Məmmədyarovun 5 müavini var:
    1. Araz Əzimov - 1962-ci ildə Bakı şəhərində anadan olub.
    2. Mahmud Məmməd-Quliyev - 1949-cu ildə Gəncə şəhərində anadan olub.
    3. Hafiz Paşayev - 1941-ci ildə Bakı şəhərində anadan olub.
    4. Nadir Hüseynov - 1960-cı ildə Gəncə şəhərində anadan olub.
    5. Ramiz Həsənov - 1961-ci ildə Marneuli şəhərinin Alqet (Məscidli Görarxı) kəndində anadan olub.

    Vergilər naziri Mikayıl Cabbarovun 4 müavini var:
    1. Birinci müavini, Sahir Məmmədxanov - 1959-cu ildə İsmayıllı rayonunda anadan olub.
    2. Sahib Ələkbərov - 1952-ci ildə Səfərəliyev Samux rayonunda anadan olub.
    3. İlkin Vəliyev - 1980-ci ildə Gəncə şəhərində anadan olub.
    4. Mətin Eynullayev - 1975-ci ildə Bakı şəhərində anadan olub.

    Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin 4 müavini var:
    1. Mətin Kərimli - 1979-cu ildə anadan olub. Əslən Qərbi Azərbaycandandır.
    2. Anar Əliyev - 1980-ci ildə Bakı şəhərində anadan olub.
    3. Vüsal Nəsirli - 1978-ci ildə İmişli şəhərində anadan olub.
    4. Anar Kərimov - 1979-cu ildə Bakı şəhərində anadan olub.

    Kənd təsərrüfatı naziri İnam Kərimovun 3 müavini var:
    1. İlham Quliyev - 1960-cı ildə Gürcüstanın Yor-Muğanlı kəndində anadan olub.
    2. Seyfəddin Talıbov - 1958-ci ildə Ermənistan Respublikasının Kalinin rayonunda anadan olub.
    3. İlhamə Qədimova - 1975-ci ildə Bakı şəhərində anadan olub

    Təhsil naziri Ceyhun Bayramovun 3 müavini var:
    1. Firudin Qurbanov - 1952-ci ildə Ağsu rayonunda anadan olub.
    2. Məhəbbət Vəliyeva - 1968-ci ildə Bakı şəhərində anadan olub.
    3. İdris İsayev - 1970-ci ildə Bakı şəhərində anadan olub.

    Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin 3 müavini var:
    1. Firdovsi Əliyev - 1961-ci il mayın 5-də Lerik rayonunun Monidigah kəndində anadan olub.
    2. Novruz Quliyev - 1952-ci il martın 22-də Cəbrayıl rayonunun Əmirvarlı kəndində anadan olub.
    3. Rauf Hacıyev - 1958-ci ildə anadan olub. Harda anadan olduğu barədə rəsmi məlumat yoxdur.

    Gənclər və idman naziri Azad Rəhimovun 3 müavini var:
    1. İntiqam Babayev - 1974-cü ildə Bakı şəhərində anadan olub.
    2. İsmayıl İsmayılov - 1957-ci ildə Naxçıvan şəhərində anadan olub
    3. Fərhad Hacıyev - 1980-ci ildə Sumqayıt şəhərində anadan olub.

    Energetika naziri Pərviz Şahbazovun 3 müavini var:
    1. Gülməmməd Cavadov - 1949-cu ildə Bakı şəhərində anadan olub
    2. Samir Vəliyev - 1962-ci ildə Bakı şəhərində anadan olub.
    3. Elnur Soltanov - 1974-cü ildə Mingəçevir şəhərində anadan olub.

    Səhiyyə nazirli Oktay Şirəliyevin 3 müavini var:
    1. Nigar Əliyeva - 1969-cu ildə Bakı şəhərində anadan olub.
    2. Elsevər Ağayev - 1965-ci il Naxçıvan Muxtar Respublikasında anadan olub.
    3. Rahim Əliyev - 1982-ci ildə Bakı şəhərində anadan olub.

    Mədəniyyət naziri Əbülfəs Qarayevin 3 müavini var:
    1. Birinci müavini, Vaqif Əliyev - 1953-cü ildə anadan olub. Əslən Naxçıvan MR
    2. Rafiq Bayramov - 1972-ci ildə anadan olub.
    2. Sevda Məmmədəliyeva- 1946-cı ildə Bakı şəhərində anadan olub. Əslən Ordubad rayonundan.

    Maliyyə naziri Samir Şərifovun 2 müavini var:
    1. Birinci müavin, İlqar Fəti-zadə - 1956-cı ildə anadan olub.
    2. Azər Bayramov - 1970-ci il fevralın 1-də Bakı şəhərində anadan olub

    Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin 2 müavini var:
    1. Birinci müavin, Əli Abdullayev - 1979-cu ildə Cəlilabad rayonunda anadan olub
    2. Elmir Vəlizadə - 1964-cü ildə Mingəçevir şəhərində anadan olub.

    Müdafiə sənayesi naziri general-polkovnik Mədəd Quliyevin 1 müavini var:
    1. Yəhya Musayev - 1959-cu ildə Bakı şəhərində anadan olub.

    yeniavaz.com
    PAYLAŞ:

    Oxşar xəbərlər