Şvartsenegger yeniyetmə fəala avtomobil bağışladı

Şvartsenegger yeniyetmə fəala avtomobil bağışladı
  • Dünya

  • İndi Qreta Tunberqi dünyada tanıyan çoxdur. İsveçli yeniyetmə fəal ekologiya ilə bağlı etiraz aksiyalarıyla bütün dünyaya səs salıb. Hətta ABŞ prezidenti Donald Tramp onun haqda açıqlama vermişdi.

    Asiya.az xəbər verir ki, Hollivud ulduzu Arnold Şvartsenegger fəaliyyətinə görə isveçli məktəblini mükafatlandırmaq qərarına gəlib. Məşhur aktyor Qretaya “Tesla” elektroavtomobili bağışlayıb.

    Şvartseneggerin mətbuat xidmətinin rəhbəri deyib ki, ABŞ və Kanadada aksiyalar keçirməyi planlaşdıran Tunberqin onsuz da maşına ehtiyacı vardı. Üstəlik, Şvartsenegger bir müddət əvvəl yeniyetmə qıza bir şey lazım olarsa, mütləq ona müraciət etməsini istəmişdi.

    Tunberqlə Şvartsenegger ilk dəfə bu il Vyanada görüşmüşdülər. Onda Kaliforniyanın qubernatoru qızın cəsarətindən heyrətləndiyini etiraf etmişdi.

    Tunberq sentyabrın 24-də BMT-nin baş assambleyasında qlobal iqlim dəyişikliyi ilə bağlı dünya liderlərinə müraciət ünvanlamışdı. O, siyasətliçəri yalnız pul haqqında düşünməkdə ittiham etmişdi.
    PAYLAŞ:

    Oxşar xəbərlər