Əhmədzadə yenə də heyrətləndirir - 3 günə audit...

Əhmədzadə yenə də heyrətləndirir - 3 günə audit...
  • İqtisadiyyat / Manşet

  • Azərbaycanda olmayan iş yoxdur...

    Bəzən elə hadisələr baş verir ki, onun mövcudluğu belə məntiqi mat qoyur.

    İqtisadçı-ekspert Toğrul Masallı (Toğrul Vəliyev) məntiqi mat qoyan hadisələrdən biri barədə məlumat yayıb.
    Əhmədzadə yenə də heyrətləndirir - 3 günə audit...
    Toğrul Masallı
    Ekspert yazır ki, Azərbaycan Meliorasiya və su təsərrüfatı ASC sentyabrın 16-da "icmal maliyyə hesabatlarının auditi"nə dair kotirovka sorğusu elanı yerləşdirib. "Sənədləri yalnız sentyabrın 17-nə kimi qəbul edilib. Sentyabrın 27-də "Azəri-Audit Auditor" firması qalib elan edilib. Artıq oktyabrın 1-i isə müvafiq şirkətin möhürü ilə ASC-nin "Maliyyə vəziyyəti haqqında hesabat"ı dərc olunub. Bəs siz auditi neçə günə edirsiz?"

    Ölkənin ən böyük strukturlarından biri olan, büdcədən heç də az miqdarda vəsait almayan bir qurumun auditinin 3 günə həyata keçirilməsi sözün həqiqi mənasında gülməlidir. Görünür, Meliorasiya və Su Təsərrüfatı ASC audit məsələsində tenderi udmuş şirkətlə bir az məzələnib. Daha doğrusu, onu məzə obyektinə çevirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər