Yəqin ki, filmlərdə qızılgüllərlə bəzədilmiş kiçik hovuzun kənarında evlilik təklifləri ilə az rastlaşmamısınız. Amma bu xəbərdə dünyanın güllərlə bəzədilmiş ən böyük hovuzunu görəcəksiniz. Bu dəfə görəcəyiniz isə film deyil, real heyatdan görüntülərdir.
Həyat yoldaşına qeyri-adi sürpriz etmək istəyən gənc qəhrəmanımız 8000 ədəd qırmızı qızılgüllə bəzədilmiş nəhəng hovuzun ortasında ağ qızılgüllərdən yığılmış ürəklə sevgisini fərqli şəkildə elan etdi.
Xanımın bu sürprizi nə dərəcədə bəyənməsi isə gördüyümüz nadir ve möhtəşəm mənzərədən aydın olur.