Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Lerikdə tədbir keçirildi

Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Lerikdə tədbir keçirildi
  • Sosial

  • M.Bağışov adına Lerik şəhər 3 nömrəli tam orta məktəbinin akt zalında Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun, rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, təhsil işçilərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə ümumrayon tədbiri keçirilib.

    Asiya.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Lerik Rayon Təhsil Şöbəsinin müdiri Zöhrab Salayev əlamətdar gün münasibəti ilə təhsil işçilərini təbrik etdi, xoş arzularını çatdırdı. Son illər cənab Prezidentin diqqət və qayğısı ilə rayonda bir çox yeni məktəb binalarının tikildiyini, əsaslı təmir olunduğunu, məktəblərin ən müasir avadanlıq və ləvazimatla təchiz edildiyini qeyd etdi. Hər il rayonun da qabaqcıl müəllimlərinin dövlət başçısı tərəfindən təltif olunduğunu, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gürdəsər kənd tam orta məktəbinin müəllimi Cəbrayılov Vahid Allahyar oğlunun “Tərəqqi” medalı ilə təltif olunduğunu vurğulayaraq təhsil işçiləri adından ölkə rəhbərinə minnətdarlığını bildirdi.

    Tədbirdə rayon təhsil işçilərinin həmkarlarının sədri Cəlil Abbasov, Gürdəsər kənd tam orta məktəbinin müəllimi Vahid Cəbrayılov, Hamarmeşə kənd tam orta məktəbinin müəllimi Durnisə Qurbanova, Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyinin direktoru Gültəkin Şıxəliyeva çıxış edərək Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təbriklərini çatdırdılar, əldə olunan nailiyyətlərdən, qarşıda duran vəzifələrdən danışdılar, təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, həmçinin rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər

    Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir iştirakçılarının timsalında rayonun bütün müəllimlərini təbrik etdi, onlara fəaliyyətində uğurlar arzuladı. Son illərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə respublikanın təhsil işçilərinin medallarla təltif edilməsinin, onlara fəxri adların verilməsinin, o cümlədən rayonun bir neçə təhsil işçisinin medallarla təltif olunmasını, dövlət başçısının bütün sahələrə olduğu kimi, təhsilin inkişafına da göstərdiyi diqqət və qayğısının bariz nümunəsi olduğunu vurğuladı.
    Sonda təhsildə keyfiyyətin yüksəldilməsində, gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli fəaliyyətinə görə və 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Lerik Rayon İcra Hakimiyyətinin və rayon təhsil şöbəsinin fəxri fərmanları ilə təltif edilmiş təhsil işçilərinə fəxri fərmanlar təqdim edildi.


    Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Lerikdə tədbir keçirildi
    Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Lerikdə tədbir keçirildi
    Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Lerikdə tədbir keçirildi
    Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Lerikdə tədbir keçirildi
    PAYLAŞ:

    Oxşar xəbərlər