Bu gün müəllimlərin peşə bayramıdır

Bu gün müəllimlərin peşə bayramıdır
  • Cəmiyyət / Manşet

  • Bu gün Beynəlxalq Müəllimlər Günüdür.

    Asiya.az xəbər verir ki, 5 oktyabr Azərbaycanda müəllimlərin peşə bayramı qeyd olunur.

    Belə ki, 1966-cı ilin bu günü UNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini müəyyən edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanıb.

    1994-cü ildən isə həmin tarix UNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu tarix, həmçinin, BMT-nin beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunmasında məqsəd müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət yetirməkdir.

    “Müəllimlər günü” hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyədə, bəzi ölkələrdə isə müxtəlif tarixlərdə milli səviyyədə qeyd edilir.

    Azərbaycanda isə 1993-cü ilin oktyabrın 5-də ilk dəfə “Müəllimlər Günü” qeyd olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər