"Açıq Hökumət Debatları başlayır" - Əliməmməd Nuriyev

Bu barədə, Azərbaycan Açıq Hökumət Platformasının kordinatoru Əliməmməd Nuruyev öz facebook hesabında açıqlama verib.

Asiya.az açıqlamanı olduğu kimi təqdim edir:

"Diqqət! CANLI YAYIM – Açıq Hökumət Debatları başlayır

Hörmətli Feysbuk istifadəçiləri

10 oktyabr 2019-cu ll tarixdə, saat 15.00-da Azərbaycan Açıq Hökumət Platformasının Feysbuk səhifəsi üzərindən canlı yayımda Açıq Hökumət Debatlarına başlayırıq. İlk debatda Yeni Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planında elektron hökumət, elektron xidmətlərin inkişaf etdirilməsi ilə əlaqədar nəzərdə tutulan tədbirlər, işlərlə bağlı Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz və Elektron Hökumətin İnkişafı Mərkəzinin rəsmisi öz fikirlərini bölüşəcəklər, Sizlərin suallarını cavablandıracaqlar.
Mövzu üzrə Sizləri maraqlandıran sualları şərhlərdə yazmağınızı xahiş edirik. Eyni zamanda daha çox insanın məlumatlanması və müzakirələrin səmərəli keçməsi üçün bu məlumatı paylaşmanızı xahiş edirik."

Oxşar xəbərlər