“Yaltaqlıq cinayətdir!” – Adil İsmayılov

“Yaltaqlıq cinayətdir!” – Adil İsmayılov “Böhtan və təhqir cinayət sayılırsa niyə də yaltaqlıq cinayət sayılmasın”...

Asiya.az xəbər verir ki, bunu tanınmış vəkil Adil İsmayılov feyzbuk hesabında yazıb. O, təklif edib ki, bununla bağlı cinayət məcəlləsinə maddə əlavə edilməlidir:

"Böhtan və təhqir cinayət sayılırsa niyə də yaltaqlıq cinayət sayılmasın . Bilirik ki, cinayət ictimai təhlükəli əməldir. Bu gün yaltaqlıq cəmiyyətin bəlasına çevrilib, onun cəmiyyət üçün yaratdığı təhlükə böhtan və təhqirdən qat-qat çoxdur.

Təklif edərdim ki, Azərbaycan Respublikasının CM-nə YALTAQLIQ adlı maddə əlavə edilərək İCTİMAİ MƏNƏVİYYAT ƏLEYHİNƏ CİNAYƏTLƏR fəslinə salınsın. Maddənin dispozisiyası təxminən belə ola bilər:

“YALTAQLIQ, yəni tabelikdə olan şəxs tərəfindən rəhbərinin və ya seçmək hüququ olan şəxs tərəfindən seçkili vəzifə tutan şəxslərin öz vəzifə borclarının yerinə yetirilməsi ilə əlaqədar etdikləri işlərə görə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında tərifləməsi müəyyən müddətə azadlıqdan məhrum etmə ilə və ya cərimə ilə cəzalandırılır”.

Təklifimin müsbət qarşılanacağı təqdirdə maddəni cilalamaq üçün kifayət qədər savadlı hüquqşünaslarımız var. NƏ DEYİRSİNİZ?"

Oxşar xəbərlər