Raquf Orucovun xanımı vəkil oldu

Raquf Orucovun xanımı vəkil oldu 2016-cı ilin aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, "Zəfər" Şəhid ailələrinə dəstək İctimai Birliyinin sədri Sevinc Orucova vəkillik fəaliyyətinə başlayır.

Asiya.az xəbər verir ki, bu barədə S.Orucova özü məlumat verib. O, bildirib ki, vəkilliyə qəbul imtahanından uğurla keçib.

Qeyd edək ki, ötən gün Vəkillər Kollegiyasının sədri Anar Bağırov şəhid xanımına vəkillik vəsiqəsini təqdim edib. S.Orucova Bakıda fəaliyyət göstərəcəyini bildirib.

Oxşar xəbərlər