Binəqədidə ustalardan haqq yığan “Polis Seymur” – Rayon DYP-nin rəisi Mərdan Əliyevin bundan xəbəri varmı?

Binəqədidə ustalardan haqq yığan “Polis Seymur” – Rayon DYP-nin rəisi Mərdan Əliyevin bundan xəbəri varmı?
  • Sosial / Araşdırma / Manşet

  • Daxili İşlər Nazirliyində aparılan kadr islahatları davam edir. Demək olar ki, hər gün hansısa polis idarəsi rəisi dəyişdirilir, bölmə rəsiləri yenilənir və sair. Bu islahatlar eyni zamanda Dövlət Yol Polisi İdarəsində də aparılır ki, iki gün əvvəl daha 10 DPY əməkdaşı vəzifəsi ilə vidalaşdı. Bir sözlə, DİN şefi Vilayyət Eyvazov polis sistemini belə demək mümkündürsə “təmizləyir”. Bu isə yaxın gələcəkdə polisin nifuzunun daha da güclənməsi və daha yüksək səmərəli fəaliyyət gösticisinə çeviriləcək.

    Amma ki, söhbət DYP əməkdaşlarından gedirsə, Bizimxeber.az-ın elektron ünvanılna daxil olan olduqca maraqlı bir məlumatıoxucuların diqqətinə çatdırmaya bilmərik.

    Dövlət Yol Polisində ciddi islahatların aparıldığı bu ərəfədə belə bir məlumatın elektron ünvanına gönsdərilməsi təsadüfi deyil və apardığımız kiçik araşdırma zamanı bu faktlar qismən öz təsdiqini tapdı.

    Belə ki, DYP-nin rayon şöbələrində rəislərin başçılığı altında ciddi qanun pozuntularının olması kimsəyə sirr deyil. Nizami, Nəsimi və əsasən də Binəqədi rayon DYP-nin şöbə rəsiləri bu sırada ilk yerləri bölüşürlər.

    Bu dəfəki faktlar isə DYP-nin Binəqədi rayon şöbəsinin rəisi ilə bağlıdır. Daha doğrusu, rəis Mərdan Əliyevin adamının əməlləri ilə bağlı.

    Binəqədidə ustalardan haqq yığan “Polis Seymur” – Rayon DYP-nin rəisi Mərdan Əliyevin bundan xəbəri varmı?
    Daxil olan elektron məktubda o qədər maraqlı və şokedici məlumatlar var ki, hardan başlamağın vacibliyini az qalırsan unudasan.

    Belə ki, məlumatda qeyd olunur ki, Binəqədi rayonunda Nəcəfov Seymur adlı bir “polis” nəfəri peyda olub və rayondakı “malyar” (rəngsaz) və dəmirçilərə qənim kəsilib.

    Belə ki, göndərilən məlumatda qeyd olunur ki, mülki formada gəzən və özünü DYP-nin polis işçisi (cinayət-axtarış şöbəsinin əməkdaşı) kimi qələmə verən Seymur ustalardan aylıq haqq yığır. Əslində bu aylığın səbəbi var. Belə ki, qəza törətmiş, harasa çırpılmış, adam vurmuş avtomobillərin təmiri uçun DYP rəsmi sənəd verməlidir ki, bu maşın hansı səbəbdən qəza tərədib və bu qəzadan polisin məlumatı var.

    Yəni heç bir usta qəza törətmiş maşını polisin rəsmi sənədi olmadan təmir edə bilməz. Məhz bu ustalar maşınları təmir edərkən bu sənədləri tələb etmədikləri üçün özünü polis işçisi kimi təqdim edən Seymura aylıq 30-50-100 manat civarında haqq ödəyirlər. Daha doğrusu Seymur bu pulu onlardan “Polis” olduğu üçün tələb edir.

    Elə isə maraqlıdır, polis olmayan, mülki formada gələrək haqq yığan bu “Polis Seymur”a DYP-nin Binəqədi rayon şöbəsinin rəisi nə Mərdan Əliyev, nə də diğərləri qaşın üstə gözün var demir. Əcəba Mərdan Əliyevin Seymurun əməllərindən xəbəri varmı? Varsa nədən göz yumur? Yoxdursa, bu rayon ərazisindəki ustalara qəza keçirmiş avtomobillərin təmirinə nəzarət edən polis nəfəri “Polis Seymur”u tanıyırmı?

    Elektron müraciətdə iddia olunur ki, Mərdan Əliyevin Seymur Nəcəfovun əməllərindən xəbəri var və toplananların yerini hər ay dəyişirlər və cəm də dəyimir. Yəqin ki, hər şey aydın oldu.

    Bəs Seymur Nəcəfov nə deyir? Elektron ünvanda faktlarla bərabər sözügedən Seymur Nəcəfovun da əlaqə nömrələri qeyd olunub.
    Bizimxeber.az-ın əməkdaşı Seymur Nəcəfovla əlaqə saxlayıb onun həqiqətən də cinayət-axtarış şöbəsinin əməkdaşı olub-olmadığını və ustalardan aylıq polis adı altında haqq yığıb-yığmadığını, rayon DYP-nin şefi Mərdan Əliyevlə topalananların yerini dəyişib-dəyişmədiyini öyrənməyə çalışıb.

    Suallara çox rabitəsiz cavab verən, özünü xəbərsiz göstərən, adi bir adam olduğunu deyən Seymur Nəcəfov daha sonra “dostlarımla danışıb sizə zəng vuraram” deyərək dəstəyi asıb.

    Maraqlıdır, doğrudanmı Binəqədi DYP-nin rəisi Mərdan Əliyev baş verənlərdən xəbərsizdir. Həqiqətənmi, cənab Mərdan Əliyev – Seymur adlı “cinayət-axtarış şöbəsinin əməkdaşı”nın varlığını bir dəfə də olsun eşitməyib. Doğrudanmı Binəqədi rayonunda çalışan ustalar bu Seymuru tanıdıqları halda Mərdan Əliyev tanımır?

    Axı faktlarda iddia olunur ki, Seymur Nəcəfovun topladıqları toplananların cəmi hər ay ikiyə bölünür…

    Elə isə faktların olduca ciddi olduğunu nəzərə alaraq Binəqədi DYP-nin şöbə müdiri Mərdan Əliyevə də əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.

    Məlumat Üçün bildirək ki, Binəqədi DYP-nin rəisi Mərdan Əliyev uzun illər Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərovun sürücüsü olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər