Sumqayıt Dövlət Universitetində icbari tibbi sığorta ilə bağlı maarifləndirmə tədbiri keçirildi - FOTOLAR

Sumqayıt Dövlət Universitetində icbari tibbi sığorta ilə bağlı maarifləndirmə tədbiri keçirildi - FOTOLAR Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin “İcbari tibbi sığorta: üstünlükləri və perspektivləri” mövzusundakı layihənin icrası çərçivəsində oktyabr ayının 14-də Sumqayıt Dövlət Universitetində növbəti təlimlər keçirildi.

Asiya.az xəbər verir ki, təlimi giriş sözü iləTürkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin sədri i.f.d., dos. Rəsmiyyə Sabir qızı Abdullayeva açıb Sumqayıt Dövlət Universitetinin müəllim və tələbə heyətini salamladı. O, bu layihənin reallaşdırılmasına maliyyə dəstəyi verən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına minnətdarlığını bildirdi. R.S.Abdullayeva 2020-ci ildən bütün ölkədə tətbiq ediləcək icbari tibbi sığortanın əhəmiyyətindən, onun əhalinin sosial müdafiəsinin gücləndirilməsindəki rolundan danışdı və bu layihənin həyata keçirilməsinin əhali, xüsusilə də tələbələr arasında maarifləndirmə nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. İcbari tibbi sığortanın tətbiqinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının ölkə vətəndaşlarının sağlamlığına göstərdiyi diqqətin bariz nümunəsi kimi qiymətləndirdi.

Sonra təlimçilər – Birliyin sədr müavini, AMEA İqtisadiyyat İnstitutunun Elmi işlər üzrə direktor müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent Allahyar Muradov: “İcbari tibbi sığorta: dünya təcrübəsi”, Birliyin sədr müavini, AMEA İqtisadiyyat İnstitutunun “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Pərviz Həsənov “İcbari tibbi sığortanın dövlət tənzimlənməsi”, Birliyin İdarə Heyətinin üzvü, AMEA İqtisadiyyat İnstitutunun doktorantı Samir Mahmudov: “Əhalinin sosial müdafiəsinin gücləndirilməsində icbari tibbi sığortanın rolu”, Birliyin üzvü, AMEA İqtisadiyyat İnstitutunun kiçik elmi işçisi Mələk Əliyeva “Azərbaycan icbari tibbi sığortanın mövcud vəziyyəti və perspektivlər” mövzularında çıxışlar etdilər. Təqdimatlardan sonra müzakirələr oldu, tələbələrin sualları cavablandırıldı. Sumqayıt Dövlət Universitetinin əməkdaşları – “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekanı, dosent Yəhyayeva Aynurə Yusif qızı, “Maliyyə və mühasibat uçotu” kafedrasının müdiri, dosent Abdullayev Loğman İmran oğlu, “Dünya iqtisadiyyatı və marketinq” kafedrasının müdiri, dosent Pənahəliyeva Məlahət Ömər qızı, “Biznesin təşkili və menecment” kafedrasının müdiri, dosent Hüseynov Qalib Sirac oğlu, “İqtisadiyyat” kafedrasının müdiri, dosent Mahmudova Lalə Fəqail qızı çıxış edərək belə aktual bir məsələyə diqqət çəkdiklərinə görə Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinə təşəkkür etdilər.

Oxşar xəbərlər