Azər Axşam: Oturan yerdə məni niyə belə bəlaya saldılar?

Azər Axşam: Oturan yerdə məni niyə belə bəlaya saldılar?
  • Hərb

  • Tanınmış teleaparıcı və aktyor Azər Axşamın həyat yoldaşının Milli Qəhrəman Mübariz İbrahimovu təhqir etməsi ilə bağlı yayılan xəbər gündəm mövzusudur.

    Asiya.az xəbər verir ki, Azər Axşam bu məsələ ilə bağlı AXZXEBER.COM-a müsahibə verib.

    - Dünən "facebook" sosial şəbəkəsində həyat yoldaşınızın adından Milli Qəhrəman Mübariz İbrahimovu təhqir edən status yazılıb...

    - Birmənalı şəkildə, sizin sayt vasitəsilə hamıya çatdırmaq istəyirəm ki, bu profilin sahibi mənim həyat yoldaşım deyil. Xanımımın adı ilə hansısa şərəfsiz və mənsəbi bəlli olmayan bir şəxsiyyətsiz bu cür əməllər edir. Düşünün, bir Azərbaycan anası vətən uğrunda həlak olan, Milli qəhrəman haqda bu cür çirkin sözlər yazar?

    Bu, iftiradır və bizə qarşı yönəlmiş cinayətdir. Kimsə bizim ailəmizi el içində rüsvay edib, gözdən salmaq istəyir. Bunları mənim və ailəmizim düşməni edə bilər. İnanın düşdüyümüz bu situasiya bizi çox üzür. Bilmirəm, çarəni haradan tapaq? Bizə maraqlısı odur ki, linkdə palkovnik Məmmədov yazılıb. Onun haqda məlumatda yazıb ki, incəsənət akademiyasında çalışır, halbuki həyat yoldaşım incəsənət sahəsindən uzaqdır. Birmənalı şəkildə deyirəm ki, o profil mənim həyat yoldaşıma aid deyil.

    - Bəs həmin şəxsi tapmaq üçün hər hansı addım atmısız?

    - Bu hadisə ilk dəfə deyil, dəfələrlə belə profillər açılıb. Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa müraciət etmişəm. Onlarda işi kiber cinayətkarlıq bölməsinə yönəltdilər, mən də ərizəmi yazdım. Dedilər ki, tapa bilmirik, ya internet klubdan ediblər, da ya da hansısa xarici ölkədən. Bu hadisə ilk dəfə deyil mənim başıma gəlir. Bundan əvvəl də qayınanamın adına "instagram"da profil açmışdılar. Kim edir, niyə edir, anlamıram.

    - Sizcə sizinlə düşmənçilik edən kimdir?

    - Mənim bu həyatda düşmənim yoxdur. Nə şou aləmində, nə qonşuluqda, nə də qohumluqda düşmən olduğum adam yoxdur. Üzümə gülənlərdən və gülməyənlərə kimi hamıdan şübhələnə bilərik. Bir yolu var ki, tapılsın bizdə bilək bu adam kim imiş.

    - Keçmiş həyat yoldaşınız tərəfindən ola bilərmi?

    - Biz neçə ildir ki, ayrılmışıq. Onunla evlilikdən bir oğlumuz da var. İnanmıram ki, o etsin. Əgər edən idisə, bu neçə ildə edərdi. Həm də ki, bunu etməklə onun əlinə nə keçəcək? Daha da əksinə münasibətlərimizi korlaya bilər.”

    - Ümumiyətlə həmin xanımla münasibətiniz necədir?

    - Normaldı, danışırıq. Münasibətimiz var.

    - Bəs bu hadisəyə ətrafınız necə reaksiya verdi?

    - Bunu etmək üçün gərək erməni olasan. Mübariz İbrahimovu heç bir azərbaycanlı təhqir edə bilməz, o bizim qürurumuzdu, fəxrimizdi. Hamı mənə zəng edir ki, bu nə məsələdir? Mən də onlara başa salırm. Heç kim inanmır ki, həyat yoldaşım belə şey etsin. Nəinki həyat yoldaşım, bunu heç bir azərbaycanlı etməz.

    - Xəbər yayılıb ki, bu hadisədən sonra sizi öldürmək istəyirlər..

    - Belə xəbəri yazan bir maraqlansın, sonra yazsın. Reytinq xatirinə niyə belə edirlər? Məni niyə öldürürlər ki? Nə etmişəm mən? Mən də onlar kimi bu hərəkəti edəni axtarıram.

    - Həyat yoldaşınız bu hadisədən sonra özünü necə hiss edir?

    - Həyat yoldaşım bu hadisədən sonra şokdadır. O ümumiyyətlə "facebook" istifadəcisi deyil. "İnstagram"ı da ancaq geyim mağazalarını izləmək üçün açıb. Qohumlar da yığıb soruşur bu nədir? Oturan yerdə məni niyə bəlaya salırlar bilmirəm.

    - Son olaraq nə demək istərdiz?

    - İstərdim ki, bütün jurnalistlər sizin kimi olsun. Zəng edib, açıqlama alsınlar. Biri yazıb ki, Azər Axşamı öldürdülər, o biri deyir arvadı təhqir etdi. Belə şeylər etməsinlər.

    Nazim Qasımzadə
    PAYLAŞ:

    Oxşar xəbərlər