Azərbaycanlı məmur oğlunun Yunanıstanda 19 gündə 2 milyon avro xərclədiyi bildirilir

Azərbaycanlı məmur oğlunun Yunanıstanda 19 gündə 2 milyon avro xərclədiyi bildirilir
  • Araşdırma / Cəmiyyət / Manşet

  • Yunanıstanın Mikonos adasında bir qrup azərbaycanlı gənc 19 gündə iki milyon avro xərcləyib.

    Asiya.az xəbər verir ki, Yunanıstan televiziyasında yayımlanan "George Liaga ilə günorta" şousunun reportajına görə, həmin gənclər Azərbaycanda neft-qaz şirkətlərindən birində çalışan vəzifəli şəxslərin övladlarıdır.

    Məlumata görə, 12 nəfərlik qrup adada villa icarəsi üçün günlük 25 min avro olmaqla cəmi 475 min avro (893 min manat) xərcləyib. Azərbaycanlı gəncləri 12 cangüdən qoruyub, onlara da günlük 700 avro olmaqla ümumilikdə 159600 avro (300 min manat) ödənilib. Ödədikləri ən böyük hesab 4 saat ərzində barda xərclədikləri 65000 avro (122 min manat) olub. İddiaya görə, gündəlik xərclərini qarşılamaq üçün 50000 avro (94 000 manat) tutumu olan çanta ilə dolaşan gənclər, daha böyük hesabları kredit kartları ilə ödəyiblər. 12 nəfərlik qrupu 20 modelin də müşayiət etdiyi deyilir.

    Ümumi istirahət üçün azərbaycanlı gənclər 2 milyon avro (3 milyon 750 min manat) xərcləyiblər. Həmin qrupun keçən ilki istirahət büdcəsi isə 3 milyon avro (5600000 manat) təşkil edib.(yeniavaz.com)
    PAYLAŞ:

    Oxşar xəbərlər