Ləğv edilmiş banklarda əmanətlər geri qaytarılır - 17 min manata qədər

Ləğv edilmiş banklarda əmanətlər geri qaytarılır - 17 min manata qədər
  • İqtisadiyyat / Manşet

  • Ləğv edilmiş banklarda 17000 manata qədər təmin edilməmiş əmanətlər geri qaytarılır.

    Asiya.az Trend-ə istinadən bildirir ki, Əmanətlərin Sığortalanması Fondu bildirir ki, ləğv prosesində olan "Atrabank" ASC", "Royalbank" ASC, "Kredobank" ASC, "Zaminbank" ASC, "Bank of Azerbaijan" ASC, "Qafqaz İnkişaf Bankı" ASC, QSC "Bank Standard" KB, "Yunayted Kredit Bank" ASC, "Texnikabank" ASC, "Dəmirbank" ASC və "Gəncəbank" ASC-də fiziki şəxslərin 17 000 (on yeddi min) manat ekvivalentinədək kreditor tələbinin ödənilməsinə "Kapitalbank" ASC vasitəsilə 16 oktyabr 2019-cu il tarixindən başlanıb.

    Kreditor tələbinin ödənilməsi nağdsız qaydada həyata keçirilir.

    Ləğv prosesində olan banklarda kreditor tələbi olan fiziki şəxslərdən "Kapitalbank" ASC-nin təqdim olunan siyahı üzrə filiallarına şəxsiyyətlərini təsdiq edən sənədlə müraciət olunması xahiş olunur.
    PAYLAŞ:

    Oxşar xəbərlər