Rüşvətxorlar haqda məlumat verənlərə 500 min dollar ayrıldı

Rüşvətxorlar haqda məlumat verənlərə 500 min dollar ayrıldı
  • Dünya / Manşet

  • Ukraynanın yeni prezidenti Vladimir Zelenski rüşvətxorluqla ciddi mübarizə aparmaq fikrindədir.

    Bunun üçün konkret tədbirlər planı nəzərdə tutulub.

    Asiya.az xəbər verir ki, Ukraynada korrupsiya faktı haqda məlumat verənlərə 500 min dollar ayrılıb. Təklif Zelenskidən gəlib. O, Ali Radaya “Korrupsiyanın qarşısının alınması” qanun layihəsinə dəyişiklik tövsiyə edib. Deputatlardan 252-si təklifi dəstəklədiyini bildirib.

    Qanunvericiliyə görə, məlumat çatdıranlata ümumilikdə rüşvətxorun dövlət büdcəsinə vurduğu zərərin 10 faizi qədər mükafat veriləcək. Ümumi mükafat fondu minimum əməkhaqqının 3 min misli qədər nəzərdə tutulub. Yəni söhbət 12 milyon 519 min qrivendən və ya 504 min dollardan gedir.
    PAYLAŞ:

    Oxşar xəbərlər