Azərbaycanda bələdiyyə seçkiləri bu tarixdə keçiriləcək

Azərbaycanda bələdiyyə seçkiləri bu tarixdə keçiriləcək
  • Siyasət / Manşet

  • Mərkəzi Seçki Komitesinin(MSK) növbəti bələdiyyə seçkiləri ilə bağlı qərar verib.

    MSK-nın bu gün keçirilən iclasında qəbul olunan qərarla ölkədə dekabrın 23-də bələdiyyə seçkiləri keçiriləcək.

    Sonra "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı" təsdiq edilib.

    Bələdiyyə seçkilərində vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK-nın nəzdində ekspert qrupunun yaradılmasına qərar verilib.

    İclasda daha sonra imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrup yaradılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər