Azərbaycanın axtardığı şəxs sərhəddə tutuldu

Azərbaycanın axtardığı şəxs sərhəddə tutuldu
  • Hadisə

  • Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhə­dinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanun­suz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-axtarış tədbirləri da­vam etdirilir.

    Asiya.az xəbər verir ki, DSX-dən bildirilib ki, 16 oktyabr 2019-cu il tarixdə Füzuli rayonunun Bala-Bəhmənli kəndi yaxın­lığında yer­lə­şən sərhəd zastavasının xidməti ərazisində, İran İslam Respublikasından Azərbaycan Respublikası isti­qa­mətində dövlət sərhədini pozmuş Cəbrayıl rayon sakini 1990-cı il təvəllüdlü Quluzadə Müşfiq Mehman oğlu saxlanılmışdır. İlkin araşdırma zamanı sərhəd pozucusunun 2017-ci ildə rəsmi qaydada ölkə ərazi­sini tərk edərək İran İslam Respublikasına get­məsi, ba­rəsində cinayət işinin aparıl­ması və 2017-ci ildən etibarən Azərbaycan Respub­lika­sının hüquq-mühafizə orqanla­rı tərəfindən axtarışda olması müəyyən­ləş­diril­miş­dir.
    PAYLAŞ:

    Oxşar xəbərlər