Ərdoğan və Putin Soçidə görüşdü - FOTO

Ərdoğan və Putin Soçidə görüşdü - FOTO
  • Dünya

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında Soçidə görüş başlayıb.

    Asiya.az oxu.az-a istinadən xəbər verir ki, görüşün mətbuata açıq hissəsində danışan Putin Suriyadakı vəziyyət fonunda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla məsləhətləşmələrin vacib olduğunu bildirib.

    "Ankara ilə Moskva arasındakı münasibətlərinin son illərdə yüksəldiyi səviyyə bölgədəki problemlərin həllinə kömək edəcək”, - Putin deyib.

    Rusiya prezidentinin sözlərinə görə, bölgədə fərqli dinamika müşahidə edilir və Moskva bunun fərqindədir.

    Putin bu görüş və məsləhətləşmələrin çox məhsuldar olacağına əminliyini ifadə edib.

    Ərdoğan öz növbəsində Putinlə görüşü Suriyada sülhü daha fəal müzakirə etmək üçün bir fürsət kimi qiymətləndirib.


    Ərdoğan və Putin Soçidə görüşdü - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər